İdman · Təzadlar

U-15 millimizdən qrupda üç qələbə - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
U-15 millimizdən qrupda üç qələbə - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

FIFA U-15 dünya çempionatı və festivalı azərbaycanlı məşqçilərə və futbolçulara böyük təcrübə qazandıracaq.

Tezadlar.az xəbər verir ki, bunu “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Rəşad Abdullayev deyib.

Mütəxəssis turnirin Bakıda keçirilməsinin böyük uğur olduğunu söyləyib:

“FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkil olunması bizim üçün böyük uğurdur. Həm məşqçilər, həm də futbolçularımız bu turnirdə təcrübə toplayacaqlar. Komand oyunlarda heç də pis təsir bağışlamır. Son matçda da İsraili məğlub etdilər. Baxmayaraq ki, Avstraliyaya uduzmuşdular. Bu cür turnirlərin faydası həm də ondan ibarətdir ki, ölkədə gözəl futbol meydançaları salınır. İnanıram ki, bu böyük turnir sayəsində yığmamız daha da irəli gedəcək”.

Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑