“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi komandanın kapitanı Bruno Fernandeşin gələcəyi ilə bağlı fikirlərini bölüşüb və baş məşqçi olacağı təqdirdə hansı addımları atacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Runi Fernandeşin kapitan kimi daha çox məsuliyyət götürməli olduğunu bildirib:
“O, kapitan kimi daha çoxunu göstərməlidir. Mən sadəcə onun diqqətini futbola yönəltməsini istəyirəm. Yeni müqavilə və ya başqa məsələlər barədə düşünməyi dayandırsın, diqqətini yalnız oyununa versin. Amma uzunmüddətli perspektivdə düşünürəm ki, bu hekayə xoşbəxt sonluqla bitməyəcək”.
“Mançester Yunayted”in baş məşqçisi olacağı təqdirdə ilk növbədə futbolçuların kluba bağlılığını yoxlayacağını deyən Runi fikirlərini belə davam etdirib:
“İlk soruşacağım sual bu olardı: Bu futbol klubunda oynamaq istəyən kim var? Oynamaq istəmirsinizsə, qapı oradadır, gedin. Sizi istəmirəm. Komandada burada olmaq və bu klub üçün oynamaq istəyən futbolçular olmalıdır. Saxta adamlara ehtiyac yoxdur”.




