İdman · Yeni Çağ

“Zirə” penaltilər seriyasında “Səbail”ə qalib gəldi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Zirə” penaltilər seriyasında “Səbail”ə qalib gəldi - Yeni Çağ xəbəri üçün şəkil

Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Zirə” “Səbail”ə qalib gəlib.

Yenicag.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.

Əlavə vaxtda da hərəyə 1 qol vuran tərəflər qalibi müəyyənləşdirə bilməyiblər – 2:2.

Penaltilər seriyasında daha dəqiq oynayan “Zirə” (3:2) 1/8 finala adlayıb.

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” isə “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib.

Bu raunda oktyabrın 29-da yekun vurulacaq.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑