İdman · AZƏRTAC

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Türkiyənin “Fənərbağça” futbol klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi sosial şəbəkə hesabında məlumat yayımlanıb.

Bildirilib ki, 64 yaşlı mütəxəssis vəzifəsindən ayrılmaq qərarını klub rəhbərliyinə çatdırıb. Tərəflər arasında aparılan danışıqlardan sonra qərar qarşılıqlı anlaşma və hörmət çərçivəsində qəbul edilib.

“Fənərbağça” rəhbərliyi İsmayıl Kartala klub üçün göstərdiyi səylərə, fədakarlığına və bağlılığına görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Fənərbağça” Türkiyə çempionatında 9 turdan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑