İdman · İdman.biz

“Real Madrid” “Liverpul”un yarımmüdafiəçisini transfer etmək istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Real Madrid” “Liverpul”un yarımmüdafiəçisini transfer etmək istəyir xəbəri üçün şəkil

“Real Madrid” qarşıdakı transfer pəncərələrindən birində “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmağa cəhd göstərə bilər.

İdman.Biz "Sky Sport"a istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyo 27 yaşlı argentinalı futbolçunun transferində maraqlıdır.

Portuqaliyalı mütəxəssis Mak Allisterin meydanda gördüyü böyük iş həcmini və təkbətək mübarizələrdəki bacarığını xüsusilə yüksək qiymətləndirir.

Argentinalı yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Hazırda Mersisayd təmsilçisinin onunla sözləşməni uzatmaqla bağlı konkret planı yoxdur.

Qeyd edək ki, Mak Allister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxaraq dörd qol vurub və bir məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑