İdman · İdman.biz

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb xəbəri üçün şəkil

Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”ın düşərgəsini tərk edib və klubla əlaqəsini kəsib. Müdafiəçi əvəzedici heyətin məşqlərində iştirak etməkdən də imtina edib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.

Onun sözlərinə görə, futbolçu məşqlərə qatılmamaq qərarını şəxsən özünə çatdırıb.

“Abbas mənə dedi ki, bundan sonra hətta ikinci əvəzedici komandanın da məşqlərinə qatılmayacaq. O, ümumiyyətlə, klubla əlaqəni kəsib. Mənim bildiyim yalnız budur. Qalan məsələlər futbolçu ilə rəhbərlik arasındadır”, - deyə Medvedev vurğulayıb.

Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm nizam-intizam qaydalarını pozduğuna görə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑