İdman · Offsideplus.az

Lamin Yamalın atası hava limanında qalmaqal yaradıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lamin Yamalın atası hava limanında qalmaqal yaradıb xəbəri üçün şəkil
Lamin Yamalın atası hava limanında qalmaqal yaradıb

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Mounir Nasraoui “Qızıl top” mərasimi üçün Londona yola düşməzdən əvvəl hava limanında insidentə səbəb olub.

Offsideplus.az xəbər verir ki, hadisə Nasraouinin gödəkçəsini qoyulmasına icazə verilməyən yerə yerləşdirməsi ilə başlayıb. Hava limanının əməkdaşı ondan gödəkçəni götürməsini istəyib. Tərəflər arasında başlayan mübahisə qısa müddətdə böyüyüb.

İddialara görə, Nasraoui mübahisə zamanı əməkdaşın üzünə tüpürüb. Hadisəyə müdaxilə etməyə çalışan başqa bir şəxsə isə Lamin Yamalın atası stul götürərək hücum etməyə cəhd göstərib.

Nəticədə polis insidentə müdaxilə edib və məsələ həllini tapıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑