İstanbulun "Fənərbaxça” futbol klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Rəhbərlik onun qərarını qəbul edib. Bununla da Kartalın İstanbul təmsilçisində dördüncü dönəmi başa çatıb.
Məlumata görə, yeni baş məşqçi təyin olunana qədər komandaya Dirk Kuyt rəhbərlik edəcək. Niderlandlı mütəxəssisin “Göztəpə” ilə oyunda komandanı meydana çıxaracağı gözlənilir.
Mətləb




