Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində baş tutan “Səbail” – “Zirə” qarşılaşmasında Azərbaycan futbolunda nadir hallarda rast glinən hakim səhvi yaşanıb.
Futbolpress.az xəbər verir ki, əsas vaxtı 2:2 hesablı heç-heçé ilə başa çatan və “Zirə”nin penaltilər seriyasında 3:2 qələbə qazanaraq mərhələ adladığı matçda meydan sahiblərinin futbolçusu Samuel Nonqo ilə bağlı qalmaqallı epizod qeydə alınıb.
Matçın baş hakimi Səbuhi Bayramov “Səbail”in oyunçusuna 68-ci və 80-ci dəqiqələrdə sarı vərəqə göstərsə də, qaydalara zidd olaraq onu qırmızı vərəqə ilə cəzalandırmayıb. Nəticədə Nonqo oyunu sonadək meydanda davam etdirib.
Hadisənin görüntülərini buradan izləyə bilərsiniz.




