İdman · İdman.biz

“Şəfa” doğma stadionuna qayıtmağa hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Şəfa” doğma stadionuna qayıtmağa hazırlaşır xəbəri üçün şəkil

Misli Premyer Liqasında çıxış edən “Şəfa” yaxın vaxtlarda ev oyunlarını Bakıda keçirə bilər. Paytaxt klubu əvvəllər “Şəfa” stadionu kimi tanınan, hazırda “Baku Arena” adlandırılan idman qurğusunu icarəyə götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Əfran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, stadionda aparılan təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Paltardəyişmə otaqlarında və skyboxlarda son tamamlama işləri görülür. Komanda isə bəzi məşqlərini artıq burada keçirir.

“Bu arena həm ərazi baxımından, həm də stadion kimi çox möhtəşəmdir. Şükürlər olsun ki, bizə qismət oldu. Demək olar ki, tez bir zamanda stadionu bərpa etdik. Paltardəyişmə otağı və skyboxlarda işlər son mərhələdədir. Arena oyun üçün demək olar ki, hazırdır. FİFA nümayəndələri baxdılar və bildirdilər ki, həqiqətən də çox yaxşı stadiondur və yaxşı düzəltmisiniz. Stadionu çox təriflədilər. Yəqin ki, onların yekun cavabı 2 və ya 4 həftəyə qədər olacaq. Biz də çalışırıq ki, tez bir zamanda cavabı PFL-ə təqdim edək ki, oyunlarımızı öz meydanımızda keçirək”, - deyə Əfran İsmayılov qol.az-a açıqlamasında bildirib.

Klub rəsmisi hazırda ev matçlarının Sumqayıtda təşkil edilməsinin komanda üçün əlavə çətinlik yaratdığını da vurğulayıb:

“Bizə də Sumqayıtda oynamaq çətindir. Ev oyunumuz olsa da, elə bil səfərə gedirik. Şükürlər olsun ki, artıq komanda bəzi məşqlərini öz arenamızda edir. Çalışırıq ki, tez bir zamanda öz stadionumuza qayıdaq”.

Qeyd edək ki, bu mövsüm Misli Premyer Liqasına yüksələn “Şəfa” ev oyunlarını hələlik Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑