Türkiyənin “Fənərbağça” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Fənərbağça” baş məşqçi İsmail Kartalla yolları ayırıb və türkiyəli mütəxəssislə müqaviləyə xitam verilib.
Mətbuatda yayılan iddialara görə, Türkiyə Super Liqasının X turu çərçivəsində keçiriləcək “Göztəpə” ilə qarşılaşmada “sarı-lacivərdlilər”i komandanın sabiq futbolçusu Dirk Kuyt hazırlayacaq və matça çıxaracaq.





