“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill klubun rəhbərliyini sərt tənqid edib və idman direktoru Ceyson Uilkoksun vəzifədən azad edilməli olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Nevill klubun hazırkı vəziyyətindən narazılığını ifadə edərək deyib:
“Klub gözümüzün qarşısında məhv olur. Son üç baş məşqçini seçən və daha sonra onları istefaya göndərən Ceyson Uilkoks növbəti baş məşqçini necə seçə bilər? Seçim mənim olsaydı, Ceyson Uilkoksu vəzifədən azad edərdim. Əgər növbəti baş məşqçini də Uilkoks seçəcəksə, indidən Eddi Haunun getməsini istəmək istəyirəm. Çünki bundan sonra nələrin baş verəcəyini dəqiq bilirəm”.
Nevill “Old Trafford”da klub rəhbərliyinin davranışını da ələ salıb:
“Onlar oturub başlarını bulayırlar, sanki “Chuckle Brothers” cütlüyüdürlər. Nə etdiklərini bilmirlər. Bu, sadəcə gülüncdür”.





