İdman · Futbolpress.az

Rusiya klubunun qatarı hücuma məruz qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya klubunun qatarı hücuma məruz qaldı xəbəri üçün şəkil

Moskvanın “Lokomotiv” futbol komandasının üzvlərini və texniki heyətini daşıyan qatar Voronej yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Futbolpress.az xəbər verir ki, zərbə nəticəsində dron komanda üzvlərinin olduğu vaqondan cəmi dörd vaqon aralıya düşüb.

İnsident zamanı beş sərnişinin xəsarət aldığı bildirilir. “Lokomotiv”in tibbi heyəti dərhal müdaxilə edərək yaralılara ilk yardım göstərib.

Hadisədən sonra rəsmi açıqlama yayımlayan “Lokomotiv” klubu komandanın tam heyətlə məşq bazasına çatdığını, Rusiya Kuboku və çempionat matçlarının hazırlıqlarına start verdiyini açıqlayıb. Paytaxt təmsilçisi böhran anında göstərdikləri operativliyə görə öz əməkdaşlarına, həmçinin göstərilən dəstəyə görə Rusiya Premyer Liqası rəhbərliyi və “Fakel” klubuna təşəkkürünü bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑