İdman · Yeni Çağ

Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə “Böyük Dəbilqə” turnirində iştirak edəcək - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə “Böyük Dəbilqə” turnirində iştirak edəcək - Yeni Çağ xəbəri üçün şəkil

Azərbaycanın 11 cüdoçusu 29-31 oktyabr aralığında Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.

Bu barədə Yenicag.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İdmançılar 9 çəki dərəcəsində çıxış edəcəklər. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 60 ölkədən 400-ə yaxın cüdoçu qatılacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑