İdman · Lent.az

"Birbank"dan “7 gözəl gün”: bonuslar və 70 faizədək endirim fürsəti

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Birbank"dan “7 gözəl gün”: bonuslar və 70 faizədək endirim fürsəti xəbəri üçün şəkil

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan “7 gözəl gün” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərindən bonus qazana, əlavə 3 ay taksit imkanından yararlana, seçilmiş partnyor şəbəkələrində 70%-dək endirimlərdən faydalana bilərlər.

Kampaniya seçilmiş Birbank debet və taksit kartı istifadəçilərinə şamil olunur. Debet kartı ilə edilən ödənişlərə 2% bonus hesablanır. Taksit kartı istifadəçiləri isə birdəfəlik ödənişlərdən 3% bonus qazana, ödənişlərini taksitə böldükdə isə 3% bonusla yanaşı əlavə 3 ay taksit imkanından yararlana bilərlər.

Bundan əlavə, müştərilər uyğun “Bir Bonus” kateqoriyası seçərək həmin kateqoriya üzrə əlavə bonuslar qazanmağa davam edirlər.

Kampaniya müddətində bir müştəri ümumilikdə maksimum 100 bonus qazana bilər. “Bir Bonus” kateqoriyaları üzrə qazanılan bonuslar bu limitə daxil deyil.

“7 gözəl gün” kampaniyası bütün geyim, elektronika aliş-verişlərinə, eləcə də seçilmiş partnyor şəbəkələrindəki uyğun ödənişlərə və Birmarket-də təqdim olunan bütün məhsullara şamil edilir.

Ətraflı məlumat üçün: www.b-b.az/ydpgn

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑