İdman · İdman.biz

Mahmud Qurbanov: “U-17 və U-19-dan kənarda qalan futbolçuları itirmək istəmirik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mahmud Qurbanov: “U-17 və U-19-dan kənarda qalan futbolçuları itirmək istəmirik” xəbəri üçün şəkil

“Azərbaycanın U-18 futbol millisində əsas məqsəd U-17 və U-19 yığmalarından kənarda qalan futbolçuların itirilməməsidir”.

Bunu Azərbaycanın U-18 futbol millisinin baş məşqçisi Mahmud Qurbanov deyib.

O, növbəti planlar haqqında fikirlərini bölüşüb.

“U-17 və U-19 yığmalarının rəsmi oyunları bitəndən sonra bir toplanış etmək istəyirik. Bu il rəsmi yarış yoxdur. Əsas məqsədimiz U-17 ilə U-19 yığmalarından kənarda qalan, heyətə düşə bilməyən futbolçuları itirməməkdir. Onlar da oynamalıdırlar. Fikrimiz var ki, toplanış təşkil edək və yoldaşlıq oyunları keçirək. Hələ ki rəqiblərin kimliyini bilmirik”, - deyə o report.az-a açıqlamasında söyləyib.

M.Qurbanov heyətin formalaşdırılması prosesinə də toxunub:

“Heyəti hələ yığmamışıq, oyunlara baxırıq. Bəzi 2009-cu il təvəllüdlü futbolçular U-19 yığmasındadır. Kənarda qalan oyunçuları da izləyirik. Xaricdəki futbolçularla Bəxtiyar Musayevin rəhbərlik etdiyi skaut departamenti maraqlanır. Ehtiyac yaransa, dərhal dəvət edəcəyik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑