İdman · News24.az

"Bavariya" Bundesliqa tarixində ən erkən qolu buraxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Bavariya" Bundesliqa tarixində ən erkən qolu buraxdı xəbəri üçün şəkil

Almaniya Bundesliqasının V turunda "Auqsburq"la səfər oyununa çıxan "Bavariya" klubu çempionat tarixinin ən erkən qolunu buraxıb.

News24.az "Opta"ya istinadən xəbər verir ki, "Auqsburq"un yarımmüdafiəçisi Robin Fellhauyer qarşılaşmanın cəmi 8-ci saniyəsində fərqlənib. Buna "Bavariya"nın qapıçısı Manuel Noyerin kobud səhvi səbəb olub.41 yaşlı qapıçı oyunun başlanmasından bir neçə saniyə sonra qapısından təxminən 30 metr aralıda topu oyuna daxil etmək istəyərkən onu rəqib oyunçuya tərəf verub. Nəticədə "Auqsburq"un oyunçusu boş qapını dəqiq nişan alıb.

Yekunda görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Bundesliqada əvvəlki rekord 9 saniyə olub. Bu göstəriciyə "Bayer Leverkuzen"in futbolçusu Kərim Bellarabi 2014-cü il avqustun 23-də "Borussiya Dortmund"lda oyunda, "Hoffenhaym"ın oyunçusu Kevin Foland isə 2015-ci il avqustun 22-də "Bavariya" ilə qarşılaşmada imza atıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑