İdman · İdman.biz

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların rolunu vurğuladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların rolunu vurğuladı xəbəri üçün şəkil

“Neftçi”nin baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasının ikinci turunda “Ordu” üzərində qazanılan 83:79 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis görüşün komanda üçün yenidən başlamaq fürsəti olduğunu bildirib:

“Bəli, düşünürəm ki, bu oyun bizim üçün bir fürsət idi. Son iki oyunda öz səviyyəmizdə çıxış edə bilmədik. Hamımız bilirik ki, hələ istədiyimiz səviyyədə deyilik. Həmin səviyyəyə çatmaq üçün bəlkə də bir ay, yaxud bir qədər artıq vaxt lazımdır. Hər gün məşqlərdə necə çalışdığımızı nəzərə alsaq, son iki oyundakı çıxışımız bizi qane etmirdi. Buna görə də bu qarşılaşma yenidən başlamaq baxımından çox yaxşı fürsət idi”.

Vasiliadis iki əsas oyunçunun yoxluğunda digər basketbolçuların üzərlərinə düşən vəzifənin öhdəsindən gəldiklərini vurğulayıb:

“İki əsas oyunçumuz müəyyən problemlərə görə meydana çıxa bilmirdi. Onları digər oyunçular əvəz etməli, komanda üçün mübarizə aparmalı və öz töhfələrini verməli idilər. Bütün oyunçuların yaxşı çıxış etməsindən çox məmnunam. Xüsusilə, ehtiyatdan meydana daxil olan Cəbrayıl, Derin və Ulaşın çıxışını qeyd etmək istəyirəm. Onlar start heyətində yer almasalar da, komandaya böyük kömək etdilər və qələbəmizdə mühüm rol oynadılar”.

Baş məşqçi yerli basketbolçuların çıxışından və komandada formalaşan ruhdan da razı qaldığını söyləyib:

“Komanda olaraq hər kəsə göstərdik ki, yaxşı və möhkəm kollektivə sahibik. Heyətimizdə əcnəbi oyunçularla eyni səviyyədə çıxış edə bilən çox yaxşı yerli basketbolçular var. Komandamızda yaxşı ruh formalaşıb və hər oyunda mübarizə aparmağa hazırıq.

Qələbəyə görə məmnunam, amma qarşıda bizi hələ çox iş gözləyir. Əvvəl də dediyim kimi, bu, uzun bir marafondur və bütün mövsüm ərzində bu mübarizəyə hazır olmalıyıq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑