İdman · İdman.biz

“Mançester Yunayted” son 40 ilin ən uğursuz startını edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mançester Yunayted” son 40 ilin ən uğursuz startını edib xəbəri üçün şəkil

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının altıncı turunda “Tottenhem”lə 1:1 hesablı heç-heçə edərək son 40 ildə çempionatda ən uğursuz startını edib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, komanda sonuncu dəfə 1986/87 mövsümündə ilk altı oyundan sonra altı və ya daha az xal toplayıb. Həmin vaxt Ron Atkinsonun rəhbərlik etdiyi kollektiv cəmi dörd xal qazanıb. Mövsümün gedişində Atkinson istefaya göndərilib və onu Aleks Ferquson əvəzləyib.

Oktyabrın 10-da “Old Trafford”da keçirilən görüşdə meydan sahibləri hesabı açsalar da, say üstünlüyünə malik olduqları vaxt qələbəni əldən veriblər.

1992-ci ildə başlayan Premyer Liqa dövründə isə “Mançester Yunayted” ilk dəfə mövsümə bu qədər uğursuz başlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑