İdman · Ölkə.az

“Qarabağ”da SÜRPRİZ hücumçu - 40 qol vurdu, Qurban Qurbanov bəyəndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ”da SÜRPRİZ hücumçu - 40 qol vurdu, Qurban Qurbanov bəyəndi xəbəri üçün şəkil

Ölkə.az "sportinfo.az"a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis 18 yaşlı gənci əsas komandanın sıralarına qatıb.

Daniel Arierhi artıq burada gündəlik məşqlərə çıxır. Adıçəkilən nigeriyalı 2 aydır Azərbaycana gəlib. Ötən mövsüm Nigeriyanın Gənclər Liqasında 40 qola imza atmış forvardla artıq 1+1 illik müqavilə imzalanıb.

«Köhlən atlar» hücumun mərkəzində çıxış eləyən afrikalıya görə Peşəkar Futbol Liqasına 5000 manat ödəyəcək. Bu pul onu Əvəzedicilər Liqasına sifariş etmək üçün veriləcək.

Danielin özəlliyi ön xətlə yanaşı, yarımmüdafiənin hər iki cinahında oynamaq bacarığıdır. 175 sm boya malik nigeriyalı sürəti və texnikası ilə bir çox həmyaşından seçilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑