Dünya · News24.az

Ailəsi ilə istirahətə yollanan qadın ərini və azyaşlı oğlunu öldürdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ailəsi ilə istirahətə yollanan qadın ərini və azyaşlı oğlunu öldürdü xəbəri üçün şəkil

ABŞ-də bir qadın ailə üzvlərini öldürdükdən sonra özünə qəsd etmək istəyib.

News24.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

İstintaqın məlumatına görə, 27 yaşlı Metalika Rouz Harrison sentyabrın 21-dən oktyabrın 5-dək Pensilvaniya ştatının Pokono dağlarında yerləşən otellərdən birində əri Çarlz və 3 yaşlı oğulları ilə birlikdə istirahət edib.

Ailə hoteldə qalma müddətini oktyabrın 13-ü, çərşənbə axşamınadək uzadıb. Lakin bazar ertəsi günorta saatlarında qadın kurortun polis xidmətinə zəng edərək özünə qəsd etmək istədiyini və artıq ölmüş əri ilə oğluna qoşuvuşmaq istədiyini bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatanda Harrison artıq özünə xəsarət yetirib.

Onun ailə üzvləri çarpayıların üzərində, sinə nahiyələrində bıçaq yaraları ilə hərəkətsiz vəziyyətdə aşkarlanıblar.

Polis otel otağında iki bıçaq, dərmanlar və içərisində qan olduğu ehtimal edilən qablar tapıb.

Şübhəli qadın xəstəxanaya yerləşdirilib. Təcili tibbi yardım əməkdaşlarının sözlərinə görə, Harrison uşaqlıqdan xoşbəxt ailə qurmağı arzuladığını və hər şeyin “belə bitməməli olduğunu” deyib.

Saxlanıldıqdan sonra qadın ifadə verməkdən imtina edib.

Ona iki nəfəri qətlə yetirmək ittihamı irəli sürülüb.

Hadisə ilə bağlı araşdırma davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑