Dünya · Bizim.Media

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram" xəbəri üçün şəkil

İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək, əksinə, yeni işğallara və Rusiyanın imperialist siyasətinin dirçəlməsinə şərait yaradacaq.
 

"Kapitulyasiya sülh demək deyil, bu, işğaldır. Mən Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram, Berlin divarı üçün də darıxmıram", — deyə İtaliya hökumətinin başçısı qeyd edib.


Meloninin sözlərinə görə, yalnız ədalətli sülh nizamlanması Avropanın uzunmüddətli təhlükəsizliyini təmin edə bilər. 

İtaliya Baş naziri, həmçinin ABŞ ilə Rusiya arasında dizel yanacağının tədarükünə dair əldə olunmuş son razılaşmanı riskli addım adlandırıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑