Dünya · Editor.az

ABŞ Rusiyadan dizel alacaq? Novакdan diqqətçəkən açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Rusiyadan dizel alacaq? Novакdan diqqətçəkən açıqlama xəbəri üçün şəkil

Rusiya ABŞ-yə dizel yanacağı ixrac etməyə hazırlaşır. Moskva ilə Vaşinqton arasında bu istiqamətdə danışıqların aparıldığı və mümkün tədarüklə bağlı müqavilələrin hazırlanması üzərində iş görüldüyü bildirilir.

Editor.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.

Novakın sözlərinə görə, ABŞ-yə ilk yanacaq partiyasının göndərilməsi üçün müəyyən hazırlıq işləri görülməli və rəsmi razılaşmalar imzalanmalıdır. Tərəflər mövcud sanksiyaları nəzərə alaraq tədarükün həyata keçirilməsi üçün uyğun mexanizm tapmağa çalışırlar.

Rusiya rəsmisi bildirib ki, ABŞ bazarına dizel yanacağı ixracı ölkədə neft emalının artırılmasına və büdcə gəlirlərinin yüksəlməsinə töhfə verə bilər. Onun sözlərinə görə, Rusiya ilin sonunadək aylıq tədarük həcmini 3,5 milyon tona çatdırmağı və bazarın 10 faizini əldə etməyi hədəfləyir.

Novak enerji sektoruna tətbiq olunan sanksiyaların gələcək taleyinin bazardakı vəziyyətdən və tərəflər arasındakı münasibətlərdən asılı olacağını da vurğulayıb.

O, Rusiyadakı neft emalı zavodlarının fəaliyyətinə də toxunaraq, bir sıra müəssisələrin təmirdən sonra yenidən işə başladığını bildirib. Enerji infrastrukturunun qorunması istiqamətində tədbirlərin gücləndirildiyi, gələcək vəziyyətin isə obyektlərə hücumların intensivliyindən asılı olacağı qeyd edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑