Dünya · Trend.az

İsrail seçkilərədək İrana qarşı əməliyyatları bərpa etmək niyyətində deyil - Netanyahu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail seçkilərədək İrana qarşı əməliyyatları bərpa etmək niyyətində deyil - Netanyahu xəbəri üçün şəkil

Bakı.Trend:

İsrail rəhbərliyi oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərinədək İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmır.

"Times of Israel" in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Fikrimcə, bu bizim üçün əlverişli deyil”, – deyə Netanyahu bildirib.

Bundan əvvəl “Axios” nəşri mənbələrə istinadən Netanyahunun və ABŞ Prezidenti Donald Trampın ötən həftə telefon danışığı zamanı hər iki ölkədə keçiriləcək seçkilərdən əvvəl İrana qarşı yeni genişmiqyaslı əməliyyatın keçirilməsi imkanını müzakirə etdiklərini bildirmişdi.

Nəşrin məlumatına görə, telefon danışığı ABŞ prezidentinin noyabrda Konqresə keçiriləcək seçkilərədək İrana zərbələr endirmək planının olmadığını bəyan etməsindən əvvəl baş tutmuşdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑