Dünya · Publika.az

“OpenAI” ofisində gizli dinləmə iddiası: Mühəndisin adı hallanır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“OpenAI” ofisində gizli dinləmə iddiası: Mühəndisin adı hallanır xəbəri üçün şəkil

ABŞ-ın San-Fransisko şəhərində yerləşən “OpenAI” ofislərindən birində gizli səs yazma cihazı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, cihaz sentyabrın 30-da iclas otağındakı televizorun arxasında, USB girişinə qoşulmuş vəziyyətdə tapılıb. Tualet kağızı ilə gizlədildiyi bildirilən cihazın otaqda aparılan söhbətləri qeydə almaq məqsədilə yerləşdirildiyi qeyd olunub.

İddiaya görə, cihaz şirkətin 35 yaşlı mühəndisi, Səudiyyə Ərəbistanı vətəndaşı Abdulrahman Alfozan tərəfindən yerləşdirilib.

Hadisə ilə bağlı Federal Təhqiqat Bürosuna (FBI) məlumat verilib. Cihazın hansı məqsədlə yerləşdirildiyi və hər hansı məxfi söhbətin qeydə alınıb-alınmadığı hələlik məlum deyil.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑