Dünya · Publika.az

İnyeksiyalar 10 ildən sonra üzə necə təsir edir? - Həkimdən AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnyeksiyalar 10 ildən sonra üzə necə təsir edir? - Həkimdən AÇIQLAMA xəbəri üçün şəkil

Rusiyalı kosmetoloq Adel Fayzulina müntəzəm kosmetoloji inyeksiyaların uzunmüddətli təsiri və üzün gəncliyinin qorunması barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Fayzulina botulinoterapiyanın mimika əzələlərinin aktivliyini azaltdığını, hialuron turşusu əsaslı preparatların isə dərinin nəmləndirilməsi və üz həcmlərinin korreksiyası üçün istifadə edildiyini bildirib.

Həkimin sözlərinə görə, düzgün seçilmiş kosmetoloji prosedurlar yaşla bağlı dəyişiklikləri korreksiya etməyə və üzün təbii görünüşünü uzun müddət qorumağa kömək edə bilər.

Mütəxəssis vurğulayıb ki, inyeksiyalar bioloji qocalma prosesini dayandırmır və nəticələr hər kəsdə fərqli olur. O, nəzarətsiz müdaxilələrdən və üzə davamlı olaraq əlavə prosedurlar etdirmək istəyindən çəkinməyi tövsiyə edib.

Fayzulina hesab edir ki, kosmetoloji prosedurların əsas məqsədi üzün fərdiliyini, proporsiyalarını və harmoniyasını qorumaqdır.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑