Dünya · SİA

Kanada Trampa necə müqavimət göstərə bilər..?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanada Trampa necə müqavimət göstərə bilər..? xəbəri üçün şəkil

...Kanadanın Amerika mallarına qarşı cavab tarifləri ABŞ prezidenti Donald Trampın mövqeyini zəiflətmir, əksinə Kanada istehlakçıları və müəssisələri üçün xərcləri artırır. Ticarət maneələri əvəzinə, Ottava öz bazarını açmalı və iqtisadi islahatlar həyata keçirməlidir.

SİA xəbər verir ki, bu baxışı Wall Street Journal-ın köşə yazarı William McGurn ifadə edib.

Xatırladaq ki, ABŞ və Kanada arasında ticarət müharibəsi 2025-ci ilin fevral ayında başlayıb və sona çatmaq əlaməti göstərmir. ABŞ tariflərinə cavab olaraq, Kanada hakimiyyəti təxminən 30 milyard dollarlıq ABŞ mallarına 25 faiz tarif tətbiq edib.

Vaşinqton sonradan oxşar tədbirləri avtomobillərə və komponentlərə də tətbiq edib.

Kanadanın Baş naziri Mark Carney cavab tədbirlərini işçiləri və müəssisələri qorumaq ehtiyacı kimi izah edib. Lakin bu strategiya sadəcə Trampın proteksionist siyasətini təkrarlayır.

...Cavab tarifləri Kanada ailələri üçün yaşayış xərclərini artıracaq, lakin Trampın tariflərə olan vəsvəsəsini zəiflətmək ehtimalı azdır, - deyə Fraser İnstitutunun ekspertləri Cok Finlayson və Stiv Qloberman xəbərdarlıq edirlər.

İki ölkənin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır. Amerika Birləşmiş Ştatları Kanadanın əsas ticarət tərəfdaşıdır və Amerika biznesi Kanadanın neft, elektrik enerjisi və təbii qaz tədarükündən asılıdır.

Buna görə də, uzun sürən münaqişə hər iki tərəf üçün zərərlidir.

MakQurn hesab edir ki, Kanada korporativ vergilərin azaldılmasına, tənzimlənmənin ləğvinə və öz bazarına çıxışın genişləndirilməsinə diqqət yetirməlidir.

Bu, sonsuz tarif mübadiləsinə qarışmadan investisiya cəlb edəcək və ölkənin rəqabət qabiliyyətini gücləndirəcək.

...Əsl ticarət müqaviləsi bütün tərəflərə fayda verməlidir, - deyə müəllif vurğulayır və Ottavanı münaqişəyə Trampın qaydaları ilə deyil, iqtisadiyyatı açmaqla həll yolu axtarmağa çağırır.

Əli Babayev

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑