Dünya · Bizim.Media

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə xəbəri üçün şəkil

Ukrayna hərəkət zamanı Starlink sisteminin işinə qoyulan məhdudiyyətlərlə bağlı ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi “Ukrainskaya pravda” nəşrinə gecə saatlarında SpaceX şirkətinin hərəkət zamanı hərbi Starshield terminallarının işini birtərəfli qaydada məhdudlaşdırdığını təsdiqləyib.

Bildirilib ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinə əvvəlcədən məlumat verilməyib.
 

Yeni məhdudiyyətlərə əsasən, sürət saatda 160 kilometrdən çox olduqda terminallar əlaqəni itirir. Bu isə pilotsuz uçuş aparatlarının, o cümlədən dron-məhvedicilərin və orta mənzilli dronların fəaliyyətini, eləcə də cəbhə bölgəsində logistika, kəşfiyyat və rabitə siqnallarının ötürülməsini çətinləşdirir.


Ukrayna Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, hazırda hərbi bölmələrdən məlumatlar toplanır, ABŞ, NATO və SpaceX ilə əlaqələr saxlanılır, alternativ rabitə kanalları yoxlanılır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑