Hörmüz boğazından keçid üçün təhlükəsizlik risklərinin artması və Səudiyyə Ərəbistanına husilərin hücumlarının artmasından sonra Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazından keçidlə bağlı narahatlıqlar Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərib.
Yenicag.az xəbər verir ki, Belçikada yerləşən “Kpler” şirkətinin gəmi izləmə məlumatlarına görə, Hörmüz boğazı və Oman körfəzi vasitəsilə daşımalar da daxil olmaqla, Yaxın Şərqdən xam neft, neft məhsulları və maye kimyəvi məhsulların ixracı oktyabrln 8-də gündə 21,1 milyon bareldən oktyabrın 11-də 6,7 milyon barelə, oktyabrın 12-də 10,4 milyon barelə və oktyabrın 13-də 8,3 milyon barelə düşüb.
Son 7 gün ərzində orta gündəlik ixrac həcmi təxminən 17 milyon barel olsa da, bu rəqəm müharibədən əvvəlki sutkada təxminən 23,3 milyon barel olan ixrac həcmindən aşağıdır. Kəskin azalma əsasən Hörmüz boğazından gəmi keçidlərinin iyulun 22-dən bəri ən aşağı səviyyəyə çatması ilə əlaqədardır.
Oktyabrın 12-də Hörmüz boğazından yalnız 6 gəmi keçib. Oktyabrın 8-də boğazdan 32 gəmi, oktyabrın 9-da isə 24, oktyabrın 10-da 11, oktyabrın 11-də 12 ticarət gəmi keçdi qeydə alınıb.
Oktyabrın 8-də Bab əl-Məndəb boğazından 35 ticarət gəmisi keçdiyi halda, bu rəqəm 9 oktyabrda 41-ə, 10 oktyabrda 39-a, 11 oktyabrda 46-ya və 12 oktyabrda 32-yə yüksəlib.
Ekspertlər husilərin Qırmızı dənizə və Bab əl-Məndəb boğazına hücumlarının və nəzarət cəhdlərinin qlobal dəniz ticarəti və enerji təchizatı üçün ciddi risklər yaratdığını qeyd edərək Hörmüz boğazı ilə eyni vaxtda baş verən Bab əl-Məndəb boğazında genişmiqyaslı təchizat fasilələrinin bazarlara daha böyük təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.


