Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair müqavilələrin imzalanması ilə bağlı danışıqlar intensiv şəkildə davam edir. Razılaşmaların yaxın günlərdə əldə olunacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bunu Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.
Dmitriyevin sözlərinə görə, Moskva və Vaşinqton arasında sözügedən məsələ ilə bağlı əlaqələr davam edir və proses sürətlə irəliləyir.
“Biz Amerika tərəfi ilə çox fəal əlaqə saxlayırıq. Hər şey çox sürətlə gedir. Enerji sahəsində əlaqələrimizə əvvəllər o qədər ciddi zərbə vurulub ki, indi onları fəal şəkildə bərpa edirik”, – deyə o bildirib.
Dmitriyev qeyd edib ki, hər iki ölkə üçün, eləcə də qlobal bazarlar baxımından faydalı ola biləcək digər iqtisadi və investisiya imkanları da mövcuddur.
Əliyar Xəlil
Globalinfo.az





