Dünya · Modern.az

Tramp Ukraynanı təslim olmağa məcbur edir - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Ukraynanı təslim olmağa məcbur edir - KİV
Tramp Ukraynanı təslim olmağa məcbur edir - KİV

ABŞ Prezidenti Donald Trampın son 72 saatdakı addımları Ukraynanı təslim olmağa məcbur etmək cəhdinə bənzəyir.

Modern.az xəbər verir ki, bu qiymətləndirmə “The Atlantic” nəşrinin məqaləsində yer alıb.

Nəşrin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaqdan imtina etməsi Trampın narazılığına səbəb olub. ABŞ prezidentinin hətta Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələdiyi bildirilir.

Məqalədə istinad olunan mənbənin sözlərinə görə, Tramp Zelenskidən neft emalı zavodlarına hücumları dayandırmasını tələb edir.

“The Atlantic” hesab edir ki, Vaşinqton bununla Kiyevdən Rusiyaya qarşı ən təsirli təzyiq vasitələrindən birindən imtina etməsini istəyir, Moskvadan isə qarşılığında heç nə tələb etmir.

Müəlliflər bu mövqeyin mümkün səbəblərindən biri kimi Trampın ətrafındakı şəxslərin biznes maraqlarını göstərirlər.

Jurnalistlər Trampın yaxın ətrafının biznes maraqlarını bu mövqeyin mümkün səbəblərindən biri kimi göstərirlər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑