Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hücum xəbərdarlığından sonra partlayış səsləri eşidilib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi paytaxtın bütün ərazisində erkən xəbərdarlıq sisteminin işə salındığını açıqlayıb. Xəbərdarlıqdan sonra şəhərdə dörd partlayış səsi eşidilib.
Ərəb Koalisiyasının sözçüsü, general-mayor Türki əl-Maliki husilərin Ər-Riyada ballistik raketlə hücum etdiyini bildirib. Onun sözlərinə görə, raket müdaxilə edilərək məhv edilib.
Yəməndəki İranın dəstəklədiyi husilər isə Səudiyyə Ərəbistanının paytaxtındakı “Aramco” neft emalı zavodunu, Kral Xalid Beynəlxalq Hava Limanını və ölkənin şərqində “Aramco” obyektlərini hədəf aldıqlarını açıqlayıblar.
Müəllif: Roza





