Dünya · Modern.az

Qazaxıstana vizasız gedənlər üçün yeni qayda 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstana vizasız gedənlər üçün yeni qayda 
Qazaxıstana vizasız gedənlər üçün yeni qayda 

Qazaxıstan hökuməti ölkəyə vizasız səfər edən xarici ölkə vətəndaşları üçün yeni giriş qaydalarını təsdiqləyib. 

Modern.az xəbər verir ki, yeni qaydalara əsasən, 2027-ci il iyulun 1-dən etibarən ölkəyə daxil olmaq üçün xarici vətəndaşlardan məcburi elektron icazə alması tələb olunacaq.

İcazəni əvvəlcədən, yəni Qazaxıstan sərhədini keçməzdən azı 72 saat əvvəl almaq lazım gələcək. Ödənişsiz olacaq bu sənəd 180 gün müddətində etibarlı sayılacaq və bu dövr ərzində ölkəyə bir neçə dəfə səfər etməyə imkan verəcək. 

Bununla yanaşı, icazənin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2026-cı il noyabrın 1-dən sistem Aktau beynəlxalq hava limanında və Rusiya ilə sərhəddəki dörd avtomobil buraxılış məntəqəsində işə salınacaq. Astana və Almatı hava limanları 2027-ci il yanvarın 1-dən, ölkənin bütün digər buraxılış məntəqələri isə 2027-ci il martın 1-dən sistemə əlavə olunacaq.

İyulun 1-dək icazənin olmaması girişdən imtina üçün əsas olmayacaq, bu tarixdən sonra isə onun olması məcburi xarakter daşıyacaq.

Bundan başqa, bəzi şəxslər icazə almaq zərurətindən azaddırlar. Belə ki, 16 yaşından kiçik və 65 yaşından yuxarı şəxslərdən, yük maşını və beynəlxalq avtobus sürücülərindən, mərhumların cənazələrini müşayiət edənlərdən, diplomatik və xidməti pasport sahiblərindən, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərindən, həmçinin sığınacaq axtaranlardan icazə tələb olunmayacaq

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑