Çin Ukrayna münaqişəsinin həlli istiqamətində göstərilən bütün sülh səylərini dəstəklədiyini bəyan edib.
News24.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji atəşkəsinin əldə olunması barədə açıqlamasını şərh edərkən bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Diplomat qeyd edib ki, Pekinin Ukrayna böhranı ilə bağlı mövqeyi dəyişməzdir. Onun sözlərinə görə, Çin münaqişənin həllində dialoq və danışıqları yeganə mümkün yol hesab edir.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Rusiya və Ukraynanın enerji sahəsində atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Lakin ABŞ prezidenti razılaşmanın detalları barədə ətraflı məlumat verməyib.

