Dünya · Yeni Sabah

Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazırdır xəbəri üçün şəkil

Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsini istəmir.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.

"Məqsədlərimiz Rusiya ilə münasibətləri kəsmək və ya pisləşdirmək olmayıb, olmayıb və olmayacaq da. Əksinə, Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik", - deyə Paşinyan Ermənistan baş nazirinin sosial mediasında yayımlanan videoda bildirilib. pizza mizza

O qeyd edib: "Hər şeydən asılı olmayaraq, Rusiya ilə münasibətlər əvvəlki kimi qala bilməz. Dəyişən odur ki, keçmişdə Azərbaycanla münaqişə var idi və indi sülh var".

Paşinyan bildirib ki, Ermənistanın məqsədlərindən biri Avropa Birliyinə üzvlükdür.

“Niyə “məqsədlərdən biri” və ya “variantlardan biri” deyirəm? Çünki Aİ hələ genişlənmə siyasəti barədə qərar verməyib. Bir ölkənin Aİ üzvü olmaq istəyi bu məsələni həll etmək üçün kifayət deyil. Strateji məqsədimiz Ermənistan üçün alternativlər yaratmaqdır. Ermənistanın xarici seçimlərinin az olduğu bir şəraitdə yaşayırdıq. Alternativlər yaratmaqda məqsəd Ermənistan xalqının ölkənin Aİİ-də qalıb-qalmayacağına, Aİ üzvü olacağına və ya hər iki təşkilatın üzvü olmayacağına qərar verməsidir. Hər halda, Ermənistanı Aİ standartlarına uyğun olaraq islah edəcəyik”.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑