Dünya · Trend.az

Rusiya Ukraynada seçkilər günü zərbələri dayandırmağa hazırdır - Peskov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Ukraynada seçkilər günü zərbələri dayandırmağa hazırdır - Peskov xəbəri üçün şəkil

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçkilərin keçiriləcəyi gün ölkəyə zərbələr endirilməməsi barədə göstəriş verməyə hazırdır.

Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident bu barədə artıq danışıb. Lakin bu halda onun adından bütün məsuliyyətimlə deyə bilərəm ki, əgər Kiyev həqiqətən seçkilər keçirmək istəyirsə, Rusiya Prezidenti, Ali Baş Komandan seçkilər günü Ukraynaya zərbələr endirilməməsi barədə göstəriş verməyə hazır olacaq. Məhz seçkilər günü. Bu, çox mühüm bir dəqiqləşdirmədir”, – Peskov bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs şəraitində prezident seçkiləri keçirməyə hazır olması barədə bəyanatını Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Livanın xarici işlər naziri Yusif Raci ilə danışıqların yekunlarına dair mətbuat konfransında şərh edib.

“Düşünmürəm ki, o, möhlətə layiqdir. Düşünmürəm ki, biz növbəti dəfə təminatlara və vədlərə aldanacağıq. Prezident (Vladimir Putin) bu barədə çox aydın danışıb. Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmağa davam edirik. Bu məqsədlər hamıya yaxşı məlumdur. Zelenskinin və onun Avropadakı havadarlarının gah bu, gah da digər mövqeyə keçməsindən fərqli olaraq, biz məqsədlərimizi heç vaxt dəyişməmişik. Buna görə də heç kim qarşısında özümüzə bəraət qazandırmağa ehtiyacımız yoxdur”, – Lavrov deyib.

Oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji sahəsində atəşkəs barədə razılığa gəldiyini bildirib. Zelenski isə “gərginliyin azaldılmasına yönələn istənilən addım qarşılıqlı olmalıdır” deyə vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın açıqlamasına cavab olaraq Kiyevlə mümkün enerji atəşkəsi məsələsi üzrə təmasların davam etdiyini bildirib. O, razılaşmanın əldə olunub-olunmadığını və hansı şərtlər əsasında həyata keçirilə biləcəyini dəqiqləşdirməyib. Peskov, həmçinin atəşkəsin yalnız neft emalı zavodlarına, yoxsa digər enerji obyektlərinə də şamil ediləcəyini şərh etməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑