Dünya · Anews.az

14 yaşlı şagird direktor və müəllimi güllələyib - Fransada

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
14 yaşlı şagird direktor və müəllimi güllələyib - Fransada xəbəri üçün şəkil

Fransanın cənubundakı Oban şəhərində məktəbdə baş verən atışma nəticəsində direktor və müəllim yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı şagird saxlanılıb.

Fransanın təhsil naziri Eduard Geffray bildirib ki, hadisə Lakanal Kollecində baş verib. Onun sözlərinə görə, yaralananlar Təhsil Nazirliyinin iki əməkdaşıdır.

BFMTV-nin məlumatına görə, 14 yaşlı şübhəli ov tüfəngindən atəş açıb. Məktəbin 53 yaşlı direktoru və 37 yaşlı müəllimi aşağı bədən nahiyələrindən xəsarət alıblar. Onların həyatına təhlükə olmadığı bildirilir.

Hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə araşdırma başlanıb. Şagirdlərdən xəsarət alan olmayıb.

Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, atışmanın ölkədəki məktəbli etirazları ilə əlaqəsi müəyyən edilməyib. Hadisənin motivi hələlik açıqlanmayıb.

Aytac Zeynalova 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑