Dünya · Bizim.Media

HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ xəbəri üçün şəkil

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının “Nuxba” elit bölməsinin taqım komandiri Hişam Camal Əbu Qalanın öldürüldüyünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
 

Məlumata görə, Əbu Qala 2023-cü il oktyabrın 7-də baş vermiş hücumlar zamanı Kisufim hərbi postuna hücumun təşkilatçılarından biri olub və israillilərin girov götürülməsində iştirak edib.


İsrail ordusunun iddiasına görə, Əbu Qala son dövrlərdə hərbçilərə və İsrail mülki şəxslərinə qarşı hücumlar təşkil edib, həmçinin atəşkəs rejimini dəfələrlə pozaraq HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.

Ordunun mətbuat xidməti bildirib ki, Əbu Qala İsrail üçün yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑