Dünya · Bizim.Media

ABŞ-da uğursuz edam cəhdindən sağ çıxan Krista Payk xəstəxanadan buraxıldı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-da uğursuz edam cəhdindən sağ çıxan Krista Payk xəstəxanadan buraxıldı xəbəri üçün şəkil

ABŞ-ın Tennessi ştatında iynə ilə edam cəhdindən sağ çıxan 50 yaşlı Krista Payk (Christa Pike) xəstəxanadan buraxılaraq zindana qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə oktyabrın 10-da CBS News onun vəkillərinə istinadən məlumat yayıb.
 

Sentyabrın 30-da Payka ölümcül iynə vasitəsilə iki doza preparat vurulsa da, prosedura nəticə verməyib. O, ABŞ-ın müasir edam tarixində ölümcül preparat vurulduqdan sonra sağ qalan yeganə məhkumdur.


Xəstəxanada müalicə olunduqdan sonra yenidən Nəşvilldəki reabilitasiya mərkəzinə gətirilən Payk müstəqil yeriməyə və normal qidalanmağa başlayıb.

Payk 1995-ci ildə (18 yaşında olarkən) kollec tələbəsi Kolin Slemmeri qəddarlıqla qətlə yetirdiyinə görə ölüm cəzasına məkum olunub. O, Tennessidə 1820-ci ildən bəri edam edilməli olan ilk qadın məhkum idi.

Vəkillər məhkəmə vasitəsilə uğursuz edamla bağlı bütün sənəd və sübutların saxlanılmasına nail olublar. Müdafiə tərəfi ştat qubernatoru Bill Liyə müraciət edərək edam hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını tələb edir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑