Avropa ölkələrinin orduları şəxsi heyət çatışmazlığı ilə üzləşir. Bu problem onların döyüş qabiliyyətinə mənfi təsir göstərir.
Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç bildirib.
Onun sözlərinə görə, tamhüquqlu silahlı qüvvələrin formalaşdırılması üçün kifayət qədər vaxt və orta, eləcə də yüksək rəhbər vəzifələri tutacaq zabit korpusu lazımdır.
Qrinkeviç qeyd edib ki, ordunu qısa müddətdə yaratmaq mümkün deyil və Avropaya NATO-nu gücləndirmək üçün vaxt lazımdır.
Müəllif: Roza





