Rusiya Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasını istəyir.
News24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs olacağı təqdirdə ölkəsində seçkilərin keçirilə biləcəyi ilə bağlı bəyanatını şərh edib.
Peskov bildirib ki, Rusiyanın münaqişənin sona çatması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
“Biz atəşkəs yox, uzunmüddətli sülh istəyirik və buna nail olmaq üçün əlimizdən gələni etməyə hazırıq”, – o qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı razılığa gəldiyi barədə açıqlamasına da münasibət bildirən Peskov danışıqların davam etdiyini deyib.
“Əlaqələr davam edir. Bu məsələ ilə bağlı deyəcək sözümüz olanda sizə mütləq məlumat verəcəyik”, – Kremlin sözçüsü bildirib.




