Dünya · Ölkə.az

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, uşaqların Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.

Reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Belə ki, proqram müddətində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən faydalanacaqlar.

Onların Qəbələ ilə yanaşı, Şəki və Şamaxıdakı tarixi və görməli yerlərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Agentlik tərəfindən ötən dövrdə Ukraynadan 500-dən çox uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑