Bakı.Trend:
Fransada kiberhücum nəticəsində supermarketlərin soyuducularında tonlarla məhsul xarab olub.
BFMTV xəbər verir ki, hakerlər soyuducu avadanlıqların idarəetmə sistemlərinə məsafədən giriş əldə ediblər. Nəticədə milyonlarla avro dəyərində məhsul xarab olub.
Məlumata görə, kibercinayətkarlar Danimarkanın Danfoss şirkətinin istehsalı olan bəzi soyuducularda temperaturu 50°C-yə qədər yüksəldə biliblər.
Kiberhücumdan ən çox "Intermarché" supermarketlər şəbəkəsi zərər çəkib. Hücum həmin şəbəkənin təxminən 150 supermarketinə təsir göstərib.
Hakerlər, həmçinin "Système U" şəbəkəsinin avadanlıqlarına da giriş əldə ediblər. Ən pis ssenaridə bu şəbəkənin soyuducularda saxlanılmalı olan bütün məhsullarının utilizasiyası tələb oluna bilər.
Nəticədə hər bir ticarət obyektinin zərəri yüz minlərlə avro təşkil edə bilər.






