Dünya · Modern.az

İran Səudiyyə Ərəbistanı ilə husiləri dialoqa çağırdı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Səudiyyə Ərəbistanı ilə husiləri dialoqa çağırdı
İran Səudiyyə Ərəbistanı ilə husiləri dialoqa çağırdı

İranın xarici işlər naziri Abbas Araqçi Səudiyyə Ərəbistanı ilə husilər arasında yaranan böhranın hərbi yolla həllinə çalışılmasının regionda gərginliyi daha da artıracağını bildirib. O, problemin həlli üçün dialoqun bərpasını təklif edib.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Abbas Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə telefon danışığı apararaq regionda son dövrlərdə artan gərginliyi müzakirə edib.

Araqçi söhbət zamanı Səudiyyə Ərəbistanı ilə husilər arasındakı böhranın hərbi vasitələrlə həlli cəhdlərinin bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyini vurğulayıb və tərəfləri dialoqa çağırıb. İranlı nazir ölkəsinin böhranın həlli və tərəflər arasında dialoqun yenidən başlanması üçün hər cür yardıma hazır olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 10-da paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində 13 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Yəmən hökumətini dəstəkləyən Ərəb Koalisiyası yaydığı açıqlamada şənbə günü baş verən hücuma görə İranın dəstəklədiyi husiləri məsul tutub və hücuma qətiyyətlə cavab veriləcəyini bəyan edib. İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından Yəmənin paytaxtı Səna və ölkənin bəzi digər ərazilərinə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından husilərə qarşı mübarizədə Yəmən hökumətini dəstəkləyir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma1

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑