Dünya · Azxeber.com

Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil xəbəri üçün şəkil
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun 2026-cı ildə keçirilməsi real deyil.
Bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan "RFI”-yə müsahibəsində deyib.
Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməsi zəruridir. O qeyd edib ki, ölkə hələ belə bir müraciət təqdim etməyib.
Baş nazir vurğulayıb ki, Aİ-yə üzvlük üçün müraciət etmək Ermənistanın özü üçün məqsəd deyil.
"Əgər indi məndən Ermənistan Respublikasının bu gün Avropa İttifaqının üzvü olmağa hazır olub-olmadığını soruşsanız, səmimi cavabım "xeyr” olar. Bu meyarlara uyğunlaşmaq üçün hələ çoxlu islahatlar həyata keçirməliyik”, – Paşinyan bildirib.   ///APA
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑