Dünya · Konkret.az

Moskvaya uçan “Air Serbia” təyyarəsi Belqrada geri qayıdıb – səbəb Vuçiçin müttəfiqinin yoxlamadan keçməməsi ola bilər | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvaya uçan “Air Serbia” təyyarəsi Belqrada geri qayıdıb – səbəb Vuçiçin müttəfiqinin yoxlamadan keçməməsi ola bilər | KONKRET xəbəri üçün şəkil

Moskvaya uçan Serbiyanın “Air Serbia” aviaşirkətinə məxsus sərnişin təyyarəsi marşrutun yarısını qət etdikdən sonra geri dönərək Belqrada eniş edib.

KONKRET.az xəbər verir ki, hadisənin səbəbinin göyərtədə olan sərnişinlərdən birinin təhlükəsizlik yoxlamasından keçməməsi olduğu ehtimal edilir.

Flightradar24 xidmətinin məlumatlarına görə, noyabrın 3-ü axşam saatlarında JU134 saylı reys Moskva istiqamətində uçuş zamanı yolun təxminən yarısını qət etdikdən sonra istiqamətini dəyişərək Serbiyanın paytaxtına qayıdıb.

Aviaşirkətin yaydığı açıqlamada bildirilib ki, sərnişinlərdən biri ilə bağlı əlavə təhlükəsizlik yoxlamalarının aparılması zərurəti yaranıb.

Serbiyanın N1 telekanalının təsdiqlənməmiş məlumatına görə, təhlükəsizlik xidməti uçuşdan əvvəlki yoxlamadan “Sosialistlər Hərəkatı”nın lideri, Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin yaxın müttəfiqi Aleksandar Vulinin keçmədiyini müəyyən etdikdən sonra təyyarənin geri qaytarılması qərara alınıb.

N1-in məlumatına əsasən, təyyarədə “Srbijagas” şirkətinin baş direktoru Duşan Bayatoviç də olub. Vulin isə Rusiyaya qaz sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar aparmaq məqsədilə rəsmi səfərə getdiyini bildirib.

Bununla belə, “Srbijagas” rəhbəri N1 telekanalına açıqlamasında Vulinin səfərinin məqsədi barədə dediklərini təsdiqləməyib. Bayatoviç özünün Moskvaya səfərinin qaz təchizatı məsələləri və Serbiyanın “Alta Bank” bankının lisenziyasının ləğvindən sonra yaranmış ödəniş problemləri ilə bağlı olduğunu qeyd edib.

Ağagül Mürsəlov,
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑