Dünya · Sfera.az

Zelenski Melaniya Trampı təltif etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Melaniya Trampı təltif etdi xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib.

Sfera.az xəbər verir ki, bununla bağlı Fərman Ukrayna prezidentinin saytında dərc olunub.

“ABŞ-nın birinci xanımı Melaniya Tramp I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edilsin”, - 1079 nömrəli Fərmanda deyilir.

Zelenski ABŞ-nin birinci xanımını “Ukraynaya humanitar dəstəyə əhəmiyyətli şəxsi töhfəsinə, Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərindən qanunsuz deportasiya edilmiş Ukrayna uşaqlarının və vətəndaşlarının xilas edilməsinə yönəlmiş fəal hüquqi müdafiə və xeyriyyəçilik fəaliyyətinə görə” mükafatlandırıb.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Xerson vilayətinin Oleşki şəhərində Rusiya və Ukrayna arasında lokal atəşkəs elan edilib. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑