Dünya · Bakupost.az

Kainatda həyat axtarışında yeni mərhələ: 5 milyard illik geoloji simulyasiya yaradıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kainatda həyat axtarışında yeni mərhələ: 5 milyard illik geoloji simulyasiya yaradıldı xəbəri üçün şəkil

ABŞ-nin Vaşinqton Universitetinin alimləri Yer kürəsinin həyatın mövcud olmadığı fərziyyəsinə əsaslanan modelini hazırlayıblar. Simulyasiya planetin 5 milyard illik geoloji inkişafını əhatə edir.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, model Yerin nüvəsi, mantiyası, qabığı, səthi və atmosferi arasındakı kimyəvi prosesləri izləyir. Tədqiqatçılar bununla canlı orqanizmlər olmadan planetin kimyəvi tərkibinin necə dəyişəcəyini araşdırıblar.
Yeni model Günəş sistemindən kənardakı planetlərdə həyat əlamətlərinin axtarışına kömək edə bilər. Belə ki, oksigen və metan kimi qazlar canlı orqanizmlər olmadan da geoloji proseslər nəticəsində yarana bilər. Model bu qazların bioloji mənşəli olub-olmadığını müəyyənləşdirməyə və yanlış nəticələrin qarşısını almağa imkan verə bilər.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑