Dünya · Ölkə.az

Xamenei ABŞ-ni təhdid etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xamenei ABŞ-ni təhdid etdi xəbəri üçün şəkil

Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei “Qlobal imperializmlə milli mübarizə günü” ilə bağlı bəyanatında xəbərdarlıq edib.

Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliyi ələ alması və region ölkələrində ABŞ hərbi bazalarının məhv edilməsi fevral ayında başlayan müharibəyə cavab olub.

Xamenei ABŞ-da keçirilən aralıq seçkilərinə də münasibət bildirib. İranın Ali Rəhbəri vurğulayıb ki, ABŞ-da siyasi partiyaların yerdəyişməsi və Vaşinqtonun təzyiqləri qarşısında güzəştə getməyin “ABŞ-ın İrana qarşı düşmənçiliyini” azaldacağını düşünənlər yanılır.

Xamenei ən cüzi təslimçiliyə meyilliliyin nümayiş etdirilməsinin ABŞ-ın daha çox irəli getməsinə gətirib çıxaracağını bəyan edib.

İranın Ali Rəhbəri “ABŞ-ın çöküşünün sürətləndiyini” də əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑