İran parlamentinin sədri Məhəmməd Baqır Qalibaf ABŞ-da Senata keçirilən aralıq seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, Qalibaf bu barədə sosial media hesabında paylaşım edib.
“ABŞ hökuməti beynəlxalq güc mərkəzlərinə və şantajçılara xidmət etmək naminə xalqının iradəsini görməzdən gəlsə, İranın “xeyr” deməsinin onun üçün kabusa çevriləcəyini anlayacaq. Amerikalılar müharibəyə “yox” dedilər və biz bu mesajı dəstəkləyirik”, - deyə o yazıb.
ABŞ prezidenti Donald Tramp isə seçkilərin nəticələrinə münasibət bildirərək İranla bağlı qəbul etdiyi qərarın doğru olduğuna əminliyini ifadə edib. İranda gərginliyin yenidən artması ehtimalına toxunan Tramp vəziyyəti qiymətləndirəcəklərini və fürsət yaranacağı təqdirdə addım atacaqlarını bildirib.
Müəllif: Roza

